...

Bakıda tərbiyə müəssisəsindən yeniyetmə məhkumların qaçması yalandır - Rəsmi

Cəmiyyət Materials 21 İyun 2022 09:39 (UTC +04:00)
Bakıda tərbiyə müəssisəsindən yeniyetmə məhkumların qaçması yalandır - Rəsmi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-in sorğusuba cavab olaraq Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır: Bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti