Bakı. Trend:
Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Turizm
Nazirlərinin 11-ci Konfransı çərçivəsində Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyev, İslam Əməkdaşlığı Təşkilatının Baş
katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələri Heydər
Məscidini ziyarət ediblər.
Agentlikdən Trend-ə verilən xəbərə görə, ziyarət zamanı konfrans
iştirakçıları tərəfindən namaz qılınıb və İslam dünyasında sülh və
əmin-amanlığın bərqərar olması üçün dualar edilib.
Ziyarət əsnasında qonaqlara Qafqazın ən böyük məscidinin inşası,
dini ocağın fəaliyyəti və burada qılınan namazlar haqda ətraflı
məlumat verilib, həmrəylik və sülh simvoluna çevrilən Heydər
məscidinin önəmi vurğulanıb.