Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti
dəfə vətəndaşların fərdi qaydada qəbulunu keçirib. Qəbulda
əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər iş və mənzillə təmin olunma, torpaq sahəsinin
sənədləşdirilməsi, madii yardım və digər sosial müdafiə
məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.