...

Azərbaycanda 10-a yaxın turizm şirkəti “qara siyahı” ya salınıb

Cəmiyyət Materials 30 İyun 2022 12:40 (UTC +04:00)
Azərbaycanda 10-a yaxın turizm şirkəti “qara siyahı” ya salınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 10-a yaxın turizm şirkəti “qara siyahı” ya salınıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, hər il az sayda olsa da, dələduz turist şirkətləri peyda olur.

"Aldadılanlar əsasən xarici ölkələrə istirahətə gedənlərdir. Belə ki, turist turizm şirkətinə pulunu ödəyərək istirahətə gedəcəyi ölkəyə bileti və orada yerləşəcəyi hoteli bron edir. Turist hava limanına gələrkən məlum olur ki, onun aviabileti belə yoxdur".

O qeyd edib ki, AzTA vətəndaşlara tövsiyə edir ki, turizm şirkətindən tur alırlarsa, ilk növbədə onun turizm bazarında nə dərəcədə professional olduğunu araşdırsınlar.

"Azərbaycanda turizm sənayesi iştirakçılarının "qara siyahı"sı var. Bu siyahı ictimaiyyət üçün açıq deyil, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutululub. Siyahıda artıq 10-a yaxın turizm şirkəti var. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti