Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9 718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.
Ölkədə son sutka ərzində 2 755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.