...

Məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir - BMT-nin Uşaq Fondunun nümayəndəsi

Cəmiyyət Materials 7 İyul 2022 11:28 (UTC +04:00)
Məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir -  BMT-nin Uşaq Fondunun nümayəndəsi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Yalnış qidalanma uşaqlarda fiziki qüsurlara da gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini William abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir:

“Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı. Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Şəkər tərkibli içkilər məktəb yeməkxanalarında uşaqlara satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti