...

Azərbaycanda 37 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 10 İyul 2022 16:39 (UTC +04:00)
Azərbaycanda 37 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 369 nəfərdir.

Ölkədə son sutka ərzində 2 018, hazırkı dövrədək isə 6 986 078 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti