...

Abituriyentlər və məktəblilər üçün “İxtisas bələdçisi” Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyul 2022 12:10 (UTC +04:00)
Abituriyentlər və məktəblilər üçün “İxtisas bələdçisi” Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “İxtisas bələdçisi” Forumu keçirilib.

Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində baş tutan Forumda 200 abituriyent, 9-11-ci sinif şagirdləri və onların valideynləri iştirak edib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev karyera planlaması istiqamətində həyata keçirilən layihələr və görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumat verib.

Daha sonra spikerlər Toğrul Ələkbərov, Adil Vəliyev, Nərmin İsazadə düzgün ixtisas seçiminin əsasları, ixtisas kodlaşdırılması zamanı diqqət olunmalı məqamlar, ixtisas seçiminin psixoloji aspektləri kimi mövzularla çıxış ediblər.

Sürətlə dəyişən müasir əmək bazarında yer tutmaq üçün peşə və ixtisas seçiminin, xüsusilə artan tələbata uyğun seçim edilməsinin ən vacib şərt olduğu bildirilib.

Forumun ikinci hissəsində isə eskpertlər tərəfindən hər bir ixtisas qrupu üzrə əmək bazarında aktual olan peşə və ixtisaslar barədə Forum iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti