Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) müəllimi dünyasını dəyişib.
Bu barədə Trend-ə BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.
O bildirib ki, universitetin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.