...

İki dövlət liseyinin direktoru təqaüdə göndərildi (FOTO)

Cəmiyyət Materials 15 İyul 2022 17:14 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 15-də təhsil naziri Emin Əmrullayev çalışmanın yaş həddinə çatmış "Zəngi" liseyinin və "Elitar" gimnaziyanın direktorları ilə görüşüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə "Zəngi" liseyinin direktoru Almaz Əsgərova və "Elitar" gimnaziyanın direktoru Sevda Quliyeva iştirak edib.

Təhsil naziri Emin Əmrullayev hər iki ümumi təhsil müəssisəsinin direktoruna 40 illik pedaqoji fəaliyyətləri dövründə təhsilin inkişafına verdikləri töhfəyə, gənc nəslin təlim-tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkür edib.

Direktorlar da öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda direktorlar Təhsil Nazirliyinin "Təşəkkürnaməsi” ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti