...

AzMİU-nun təmsilçiləri “T4T” beynəlxalq təlim həftəsində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 15 İyul 2022 21:00 (UTC +04:00)
AzMİU-nun təmsilçiləri “T4T” beynəlxalq təlim həftəsində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Karyera və təcrübə mərkəzinin direktoru Xanlar Qəniyev “T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsində iştirak ediblər. Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində baş tutan təlimlər Almaniyanın Dortmund şəhərində keçirilib.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə başlayan və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü sənaye inqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların müxtəlif ixtisas sahələrində əmək bazarının dinamikasına uyğun hazırlanması (“İşçi Qüvvəsi 4.0”) hədəfinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti