...

İçərişəhərdə Qala divarlarını yazanlar polis bölməsinə aparılıb (FOTO)

Cəmiyyət Materials 26 İyul 2022 20:40 (UTC +04:00)
İçərişəhərdə Qala divarlarını yazanlar polis bölməsinə aparılıb (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, İçərişəhərin Qala divarlarının yazılaraq korlanması faktı aşkarlanmışdı. Aparılan axtarışlar nəticəsində hadisəni törədənlər tapılıb.

Trend-in məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qala divarlarında qrafit şəklində yazıların aşkar olunması faktı polis əməkdaşları tərəfindən araşdırılıb və qala divarlarının ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən yazılması müəyyən edilib.

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti