Bakı. Trend:
Rusiyanın "İraero" aviaşirkəti avqustun 1-dən Kazan-Bakı reysi ilə uçuşlar işə salmağı planlaşdırır.
Trend bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar bazar günləri yerinə yetiriləcək. Təyyarələr Bakıdan 12:20-də yola düşəcək, Kazana saat 14:00-da eniş edəcək. Əks istiqamətdə isə Kazandan saat 15:00-də yola çıxan təyyarə, Bakıya saat 18:40-da çatacaq.
(Tərcümə: Orxan Nəbiyev)