...

ABŞ generalı Azərbaycanda hərbi hissədə olub (FOTO)

Cəmiyyət Materials 27 İyul 2022 11:56 (UTC +04:00)
ABŞ generalı Azərbaycanda hərbi hissədə olub (FOTO)

Bakı. Trend:

ABŞ nümayəndə heyəti hərbi hissə və Tibb İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti