...

Ölkədə növbəti hərbi xidmətə çağırış başa çatıb

Cəmiyyət Materials 30 İyul 2022 10:46 (UTC +04:00)
Ölkədə növbəti hərbi xidmətə çağırış başa çatıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti