...

Ağalıda polis sahə məntəqəsi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 30 İyul 2022 15:48 (UTC +04:00)
Ağalıda polis sahə məntəqəsi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kəndində polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin feysbuk səhifəsində bildirilib.

"Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar" - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti