...

Xaçmazın Çarxı kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2022 21:21 (UTC +04:00)
Xaçmazın Çarxı kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbələri ilə birlikdə növbəti səyyar qəbulunu Çarxı kəndində keçirib.

Qəbulda Çarxı İnzibati Ərazi Dairəsinə daxil olan Çarxı və Xanlıqoba kəndlərində yaşayan sakinlər iştirak edib.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər yeni salınan yaşayış massivnin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizat və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti