...

Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 8 Avqust 2022 16:34 (UTC +04:00)
Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunan olmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 2 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan da olmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 030, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 863, üç və daha çox doza vaksin vurduranların sayı 3 345 733, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 918 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti