...

Bakıda Abay Günü münasibətilə xatirə tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2022 16:37 (UTC +04:00)

Bakı. Trend:

Dahi qazax şairi və mütəfikkirinin 177 illiyinin qeyd edilməsi münasibətilə 10 avqust 2022-ci il tarixində Bakıda Abay Kunanbayev küçəsində Azərbaycanın yaradıcı ziyalıların, abayşünasların və yazıçıların iştirakı ilə xatirə tədbiri keçirilib.

Tədbirin əvvəlində tədbir iştirakçıları Abayın xatirə lövhəsi önündə gül dəstələri qoyublar, onun əziz xatirəsini yad ediblər.

Qazaxıstan Səfiri Serjan Abdıkarimov salamlama nitqində qonaqları Abay Günü münasibətilə təbrik edərək bildirib ki, onun misilsiz yaradıcılıq irsi qazax xalqının gələcək nəsillər üçün daimi əhəmiyyəti kəsb edən mənəvi sərvətidir. O, Azərbaycan dostlara Abayın mənəvi düsturu olan “Adam bol!” (Adam ol!) mahiyyəti, onun humanizminə, əməksevərliyə və maarifçiliyə çağırışları haqqında söz açıb. Qeyd edilib ki, onun ən yaxşı tələbələri sonradan qazax əhalisinin öz torpağa sahib olma hüququ, özünüidarəetmə, dilin qorunması, milli mədəniyyəti və ənənələri uğrunda mübarizə aparan “Alaş” partiyasını və Alaş muxtariyyatını yaradıblar.

Diplomat Abay əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı uzunmüddətli işə, bütün Türk dünyası və dünya ədəbiyyatı üçün əhəmiyyət kəsb edən onun irsinə qarşı hörmət və sevgiyə görə abayşünaslara minnətdarlığını bildirib.

Çıxış edən qonaqlar bildiriblər ki, Abay xalqına xoşbəxtliyə və rifaha aparan düzgün yol göstərən dahi övladdır, alimdir və qazaxların fəxridir, onun yaradıcılığı isə bütün bəşəriyyətə, o cümlədən qardaş Azərbaycan xalqına da mənsubdur.

Aksiya geosiyasət, din, ədəbiyyat və incəsənət problemlərini araşdıran məşhur Azərbaycan tarixçisi, publisisti və teoloqu Teymur Atayevin “Abayın dahiliyi və ya XXI əsrdə mütəfəkkir portretinin yaratmaq cəhdi” kitabının təqdimatı ilə davam edib. Bu nəşrdə Abayın məşhur “Qara söz” əsəri təhlil edilir. Müəllif buna müxtəlif tərəflərdən, o cümlədən Abayın fikirlərinin Müqəddəs Qurani-Kərimin ayələri ilə bir birinə tutuşdurması ilə yanaşmağa cəhd edib. Eyni zamanda, müəllif qazax tarixinin şanlı səhifələrinin və Abayın tərcümeyi-halından gələn mühüm epizodların onun şəxsiyyətini necə formalaşdırdığını və bununla görkəmli maarifçinin qazax düşüncəsinə əvəzsiz töhfələr verdiyini dərk etməyə çalışır.

Sözügedən kitabın təqdimatı Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakının Dənizkənarı bulvarında quraşdırılan qazax yurtasında baş tutub.

Tədbir Abayın şeirləri və musiqisi üzərində yazılan məşhur mahnıların və musiqi əsərlərin ifası ilə tamamlanıb. Qonaqlar həmçinin ənənəvi qazax xörəklərin dadına baxmağa, Qazaxıstanın müasir inkişafı, mədəni və turizm cəhətdən görməli yerləri haqqında videoçarxlara baxmağa imkan əldə ediblər.

Xəbər lenti

Xəbər lenti