...

Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2022 18:53 (UTC +04:00)
Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 12-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Əhməd İsmayılov bildirib ki, maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir və bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemlərinin həll edildiyi, yeni rubrikaların yaradıldığı, bəzilərinin tamamilə yeni tərtibata keçdiyi, həmçinin müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirildiyi xüsusilə vurğulanıb.

Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti