...

Fənn olimpiadalarının qalibi və Sumqayıtın ən yüksək bal toplayan abituriyenti Bakı Ali Neft Məktəbini seçir

Cəmiyyət Materials 19 Avqust 2022 15:56 (UTC +04:00)
Fənn olimpiadalarının qalibi və Sumqayıtın ən yüksək bal toplayan abituriyenti Bakı Ali Neft Məktəbini seçir

Bakı. Trend:

Respublika fənn olimpiadalarının qaliblərindən biri və qəbul imtahanlarında Sumqayıt şəhəri üzrə ən yüksək bal toplayan abituriyent Ziya Məlikov Bakı Ali Neft Məktəbini (BANM) seçir.

O, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib. 10 və 11-ci siniflərdə Riyaziyyat üzrə Respublika fənn olimpiadasının qaliblərindən olub.

Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal - 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almağı və Prezident təqaüdçüsü olmağı arzulayır.

O bildirir ki, fənn olimpiadalarının qalibləri imtahansız universitetə daxil olmaq imkanına malik olsalar da, məhz arzuladığı ixtisasda təhsil almaq və Prezident təqaüdünə layiq görülmək üçün qəbul imtahanlarına qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti