...

Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda təqdimat keçiriləcək

Cəmiyyət Materials 24 Avqust 2022 17:54 (UTC +04:00)

Bakı. Trend:

29 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda təqdimatla çıxış edəcək.

Dr. Sədi Allahverdiyev çıxışı zamanı 7-20 avqust 2022-ci il tarixlərində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında iştirak etdiyi təcrübə mübadiləsində qazandığı təəssüratlarını bölüşəcək və həmkarlarla səmimi müzakirə həyata keçirəcək. Tədbirə Sədi Allahverdiyevin təcrübə mübadiləsinin təşkilində böyük əməyi olan həmyerlimiz, Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Dr.Fidan İsrafil-Bəylinin də onlayn olaraq qoşularaq öz töhfəsini verməsi nəzərdə tutulur.

Mərkəzi Gömrük Hospitalının akt zalında saat 15:00-dan 16:00-dək davam etməsi planlaşdırılan tədbir mama-ginekoloqlar və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Tədbirdə iştirak ödənişsizdir.

Maraqlanan mama-ginekoloq və rezidentləri tədbirdə iştirak etməyə dəvət edirik!

Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyat linki: https://forms.gle/jm2eo1jxjHqq1QEZ7

Məqalədə:
Xəbər lenti

Xəbər lenti