...

Məktəbəqədər hazırlıq uşaqların sonrakı təhsilində mühüm rol oynayır - Rüfət Əzizov

Cəmiyyət Materials 29 Avqust 2022 16:52 (UTC +04:00)
Məktəbəqədər hazırlıq uşaqların sonrakı təhsilində mühüm rol oynayır - Rüfət Əzizov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər hazıqlıq uşaqların təhsilində birinci pillə olduğu üçün sonrakı təhsil dövrlərində də şagirdlərin fəaliyyətlərinə təsir göstərir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, ölkəmizdə son dövrlərdə məktəbəqədər təhsillə bağlı çox geniş islahatlar aparılır.

"Belə ki, 2018-ci ildə yalnız 26% uşaq məktəbəqədər hazırlıq kurslarına cəlb olunublarsa, bu il artıq bu rəqəm 84%-ə çatıb. Bu nəticə dünyanın digər ölkələrində nümunə kimi göstərilir. Məktəbəqədər təhsilin bir neçə ay qabaq kurikulum proqramları təsdiq olunub. Onlara uyğun yeni metodologiyalar Təhsil İnstitutu tərəfindən hazırlanmaqdadır. 2022-2026-cı illər ərzində Sosial Strateji Strategiya proqramı təsdiq olunub. Həmin strategiyanın təhsil hissəsində məktəbəqədər təhsillə bağlı ayrıca məqamlara toxunulub. On yeddi minə yaxın metodist və tərbiyəçilərin yenidən hazırlanması və sertifikasiyadan keçirilməsi də həmin dövr ərzində nəzərdə tutulub. Ümumi hədəf olaraq isə beş yaşlı bütün uşaqların məktəbəhazırlıq kurslarına və bir-beş yaşlı uşaqların hazırlıq kurslarına, bağçalara cəlb olunması nəzərdə tutulub",- deyə direktor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti