...

Beş ildə 4 minə yaxın silah qanunsuz dövriyyədən çıxarılıb - Nazir

Cəmiyyət Materials 9 Sentyabr 2022 12:02 (UTC +04:00)
Beş ildə 4 minə yaxın silah qanunsuz dövriyyədən çıxarılıb - Nazir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirilib, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silah çıxarılıb.

Trend-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasında deyib.

V.Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.

Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silahın və 9 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti