...

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 Sentyabr 2022 14:37 (UTC +04:00)
FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Gecə vaxtı nəqliyyat qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə,Təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Praktiki təlim zamanı xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri xilas ediblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti