...

Azərbaycanda 76 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 12 Sentyabr 2022 16:32 (UTC +04:00)
Azərbaycanda 76 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumta görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 372 aktiv xəstə var. Bu günə qədər 9 857 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 916, bu günə qədər isə ümumilikdə 7 195 841 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti