...

Goranboyda məktəb direktorunun müəllimi döyməsi faktı araşdırılır - DİN

Cəmiyyət Materials 22 Sentyabr 2022 12:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunda Kələk kənd tam orta məktəbin direktorunun müəllimi döyərək xəsarət yetirməsi ilə bağlı məsələ araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti