...

Qayğıkeş uşaq nevropatoloqu Dr.Mehriban Məmmədova - “Həkimlərimizi tanıyın!”

Cəmiyyət Materials 28 Sentyabr 2022 11:46 (UTC +04:00)
Qayğıkeş uşaq nevropatoloqu Dr.Mehriban Məmmədova - “Həkimlərimizi tanıyın!”

Trend-i buradan izləyin

Uşaq nevropatoloqu Dr.MEHRİBAN MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uşaqlarda sinir xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, enurezlər, uşaq serebral iflicləri, sinir sisteminin funksional pozğunluqları: nevrozlar, periferik sinir sistemi xəstəlikləri, pleksid, uşaqlarda nitq ləngimələri, motor inkişafın ləngiməsi və digər xəstəliklərin müalicəsi ilə məşğuldur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mehriban-mammadova/.

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə balaca pasiyentlərlə xoş ünsiyyət quran, onlara qarşı çox mehriban, qayğıkeş uşaq nevropatoloqu Dr.Mehriban Məmmədovanı təqdim edirik.

Dr.Mehriban Məmmədova 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2001-2002-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında uşaq nevropatoloqu ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 2004-cü ildə başlamış, 2015-ci ilə qədər müxtəlif dövlət və özəl müəssisələrində uşaq nevropatoloqu kimi fəaliyyət göstərmişdir. 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uşaq nevropatoloqu kimi çalışır.

Dr.Mehriban Məmmədova öz üzərində daim çalışan, işlədiyi sahə üzrə bilik və bacarıqlarını təkmilləşdirmək üçün müntəzəm olaraq ixtisasartırma təlimlərində iştirak edən, dünya mətbuatında ixtisasına dair tibbin son nailiyyətlərini izləyən yüksəkixtisaslı mütəxəssisdir.

O, 2010-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Nevropatologiya” üzrə ümumi təkmilləşdirmə kursunda, 2016-cı ildə Bakıda Memorial Ankara Universitetinin təşkilatçılığı ilə “Uşaq Sağlamlığı” mövzusunda təlimdə, 2017-ci ildə Türkiyə Nevroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” simpoziumunda, 2018-ci ildə Azərbaycan Tibb Assossiasiyası və Türkiyə Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” mövzusunda VIII simpoziumda, 2019-cu ildə Beynəlxalq Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə 17-ci UNPSTR Avrasiya konqresində, həmin ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “İmmunpatoloji Xəstəliklər” adlı 1-ci Beynəlxalq konfransında və Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Ailə həkiminin fəaliyyətində Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfransda, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Pediatriyada aktual mövzular: Müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” beynəlxalq elmi konfransda iştirak etmişdir.

Dr.Mehriban Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Xəbər lenti

Xəbər lenti