...

Rauf Əliyev uşaq bağçası və məktəbdə kollektivlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2022 14:37 (UTC +04:00)
Rauf Əliyev uşaq bağçası və məktəbdə kollektivlərlə görüşüb (FOTO)

Bakı. Trend:

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən seçilmiş deputat Rauf Əliyev 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində 340 nömrəli körpələr evi-uşaq bağçasında və 322 saylı tam orta məktəbdə olub, kollektivlərlə görüşüb.

340 nömrəli körpələr evi-uşaq bağçasındakı görüşdə deputat uşaqlar üçün yaradılmış şəraitlə tanış olub və mövcud olan problemləri dinləyib. Heydər Əliyev Fondu tərəfindən istifadəyə verilmiş körpələr evi-uşaq bağçasında uşaqlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır.

Deputat 322 saylı tam orta məktəbdə məktəb rəhbərliyi , müllimlərlə və uşaqlarla görüşü zamanı keçən tədris ilində məktəbin nəticləri ilə tanış olmuş və bu rədris ilində uğurlar arzulamışdır. Daha sonra deputat məktəbdə möbcud olan problemləri dinləmiş, bəzi məsələlərin həlli məqsədi ilə müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti