Bakı. Trend:
"Qırmızı kitab"ın lll nəşri ilə bağlı tədqiqat işləri yekunlaşmaq üzrədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"Artıq 2023-cü ildə "Qırmızı kitab"ın lll nəşrini təqdim etməyi düşünürük. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir",- nazir müavini bildirib.