...

Qırmızı kitabın lll nəşrində Qarabağdakı tədqiqatın nəticəsi də öz əksini tapacaq

Cəmiyyət Materials 30 Sentyabr 2022 16:03 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qırmızı kitabın lll nəşrində Qarabağda aparılan tədqiqat işlərinin nəticəsi də öz əksini tapacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O, artıq 2 ilə yaxındır ki, Qarabağın minadan təmizlənmiş ərazilərində tədqiqat işlərinin aparıldığını vurğulayıb.

"Birinci Qırmızı kitabda 140 flora, 108 fauna növü təmsil olunub. Bu rəqəm ikinci Qırmızı kitabda iki dəfə artıqdır. İkinci kitabda 300 flora, 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq. Kitabın lll nəşrində əsas fərq işğaldan sonra Qarabağda aparılan tədqiqat işlərinin nəticəsinin də bu nəşrdə öz əksini tapacağı ilə bağlıdır. Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq", - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti