Bakı. Trend:
Yelo Bankın baş sponsorluğu, Graphic Design Azerbaijan qrupu və
Rəsul Həsənin təşkilatçılığı ilə 24 sentyabr 2022-ci il tarixində
EGP Arenada “Bakı Dizayn Festivalı” baş tutdu. Bu il festival
Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunub.
Ölkəmizdə ilk dəfə baş tutan Dizayn Festivalının əsas məqsədi
yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn
sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ
etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır.
Bakı Dizayn Festivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinə
güclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalq rəssamı
Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli,
kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor
Ersel Serdarlı çıxış edərək öz böyük təcrübələrini auditoriya ilə
bölüşdülər.
Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri,
art-instalyasiyalar sərgiləndi. Yaradıcılıq zonasının bu ilki
mövzusu qlobal istiləşmə və su probləmləri idi. Məhz buna görə
rəssamlar damcı şəkilli maketlər üzərində rəsm çəkdilər. Bundan
başqa qrafitti rəssamları onlar üçün ayrılmış xüsusi zonada öz
yaradıcılıqlarını sərgilədilər. Art zonada rəngkarlar Ramilə
Şamilova, Anar Şəmsi, Roza Muradova, Zöhrab Salam-Zadə, Aynur
Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə,
Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti
rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirakedirdi.
Festivalda, həmçinin, Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina
Boçarova, Murad Vəliyev və digər sənətkarların art-instalyasiyaları
da sərgiləndi.
Festival zamanı 44 günlük Vətən Müharibəsi iştirakçısı olan
dizaynerlər də səhnəyə dəvət edildi, onlara üçün xüsusihədiyyələr
təqdim olundu.
Dizayn festivalı ənənəvi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə
tutulur. Festival haqqında ətraflı məlumat üçün: https://bakudesignfestival.com/
Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın əsas
fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bank həm öz
təşəbbüsü ilə gənclərə dəstək layihələrinə imza atıb, həmçinin,
faydalı bir neçə layihələrin həyata keçirilməsinə öz töhfəsini
verib. Bank gələcəkdə də maraqlı və parlaq layihələri həyata
keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Bank xidmətləri, cümlədən, valyuta kursları
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!