...

Oktyabrın 25-də Günəş tutulması olacaq

Cəmiyyət Materials 10 Oktyabr 2022 14:17 (UTC +04:00)
Oktyabrın 25-də Günəş tutulması olacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il oktyabrın 25-də Günəş tutulması baş verəcək.

BDU-nun Astrofizika kafedrasından Trend-ə verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq.

Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti