...

ADNSU ilə Qazi Universiteti arasında Memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2022 13:46 (UTC +04:00)
ADNSU ilə Qazi Universiteti arasında Memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da da Qazi Universitetinin rektoru, professor Musa Yıldız ilə görüşüblər.

Rektor, professor Musa Yıldız mərasimdəki çıxışında ADNSU-nun Qazi Universiteti üçün çox önəmli olduğunu bildirib. O, Qazi Universitetinin Türk dünyası ilə əməkdaşlığı inkişaf etdirmək missiyasını öz üzərinə götürən bir universitet olduğunu ifadə edib. ADNSU ilə əlaqələri daha da inkişaf etdirmək istədiklərini ifadə edən rektor, professor Musa Yıldız əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını bildirib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı görüş zamanı rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Hər iki universitetin köklü universitetlər olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı Qazi Universiteti ilə əməkdaşlığın bundan sonra daha geniş foratda davam etdiriləcəyini deyib.

Beləliklə, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Gazi Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində Memorandum imzalanıb. Eyni zamanda hər iki universitet arasında beynəlxalq layəhələrin islənməsi və mübadilə proqramlarının həyat keçirilə bilməsi üçün Erasmus müqaviləsi də imzalanıb. Sənədləri hər iki universitetin rektoru imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti