...

Sabah yağış tədricən kəsiləcək - Proqnoz

Cəmiyyət Materials 26 Oktyabr 2022 12:38 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti