...

Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hökumətə təqdim olunub - Nazir müavini

Cəmiyyət Materials 10 Noyabr 2022 13:51 (UTC +04:00)
Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hökumətə təqdim olunub - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hazırlanıb hökumətə təqdim olunub.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

O qeyd edib ki, bu istiqamətlərdə regionlardan olan xəstəxanalara həkim təyinatı kifayət qədər ciddi problemdir.

“Bu baxımdan onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün layihə hazırlanıb hökumətə təqdim olunub. Bu kifayət qədər ciddi məsələdir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Səbəb nədir? Bu gün özəl və dövlət müəssisələrində çalışan tibbi işçilərinin əməkhaqlarında vergitutulmalarında fərq var. Bu da Tibb Universitetinin 4 klinikası, həmçinin Bakı Sağlamlıq Mərkəzində olan təcrübəli, səriştəli həkimlərin özəl klinikalara axınına səbəb olur”, - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti