...

Bədii gimnastika üzrə 27-ci və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları başa çatıb (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2022 00:02 (UTC +04:00)
Bədii gimnastika üzrə 27-ci və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları başa çatıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü Bakı Olimpiya İdman Kompleksində birgə bədii gimnastika üzrə 27-ci Bakı çempionatı və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları keçirilib.

Bədii gimnastika üzrə yarışlarda "balacalar" (2012-2014), "yeniyetmələr" (2010-2011), "gənclər" (2007-2009) və "böyüklər" (2006-cı il təvəllüdlü) yaş kateqoriyalar üzrə idmançılar iştirak ediblər.

İdmançılar çeviklik, zəriflik, və ritm hissi nümayiş etdiriblər.

Aerobika gimnastikası üzrə yarışlarda “yeniyetmələr” (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyası üzrə qızlar fərdi proqramda, həmçinin üçlük və qruplarda, “gənclər” (2005-2007-ci il təvəllüdlü) isə yalnız fərdi proqramda iştirak ediblər.

İştirakçılar öz çıxışlarında mürəkkəb gimnastika elementlərini nümayiş edərək tamaşaçıları sevindirmişlər.

Noyabrın 11 və 12-də birgə bədii gimnastika üzrə 27-ci Bakı çempionatı və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları keçirilmiş, onların nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşdirilmişdir.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti