Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 29-dan dekabrın 02-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir.
Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7°
yüksəkdir.
Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb
rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var.
Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da
kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı
var.
Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək
güclənəcək.
Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı
enərək, aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5°
şaxta olacağı gözlənilir.
Çaylarda sululuğun artacağı ehtimal olunur.