...

Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək

Cəmiyyət Materials 29 Noyabr 2022 16:55 (UTC +04:00)
Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, dəyişikliyə əsasən, 14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.

Dəyişiklikər müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti