...

Sosial şəbəkələr vasitəsilə DİN-ə daxil olan müraciətlərin sayı açıqlandı

Cəmiyyət Materials 6 Dekabr 2022 14:37 (UTC +04:00)
Sosial şəbəkələr vasitəsilə DİN-ə daxil olan müraciətlərin sayı açıqlandı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının 1-dən 31-dək DİN-in sosial şəbəkələrdəki səhifələrinin mesaj bölməsinə 1467 müraciət daxil olub.

Trend xəbər verir ki, onlardan 386-sı (61-i təşəkkür məktubu) qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün DİN-in Katibliyinə təqdim edilib.

Cari ilin ötən dövrü ərzində səhifələrin mesaj bölməsinə ümumilikdə 25304 müraciət daxil olub.

Onlardan 4895-i (1411-i təşəkkür məktubu) qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün DİN-in Katibliyinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti