...

Bu tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb

Cəmiyyət Materials 8 Dekabr 2022 11:36 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il yanvarın 1-dək kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2022-ci il noyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti