...

Elnur Rzayev müalicədən qayıdan şəhid atasını evində ziyarət edib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2022 16:49 (UTC +04:00)
Elnur Rzayev müalicədən qayıdan şəhid atasını evində ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Xaçmaz rayon prokuroru Rəşad Məmmədov Pirquluoba kəndindən olan Vətən Müharibəsi şəhidi Orxan Çobanovun atası Zahid Çobanovun səhhəti ilə bağlı evində ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, şəhid atası Zahid Çobanov bir neçə gün əvvəl Bakı şəhərində əməliyyat olunub. Elnur Rzayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və Şanlı Zəfərdən söz açıb, torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəman əsgər və zabitlərimizin şücaətindən danışıb.

Şəhid atası göstərilən həssas münasibətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Xəbər lenti

Xəbər lenti