Bakı. Trend:
Baş DYP İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan
sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, yüklərin
daşınması zamanı avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş
normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən
yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya
uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət
iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar
barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli
tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq
tələbləri pozan sürücülərə rast gəlinir.
DİN-in Baş DYP İdarəsi bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə həmin şəхslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcəkdir