...

Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabı haqqında növbəti tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2022 17:26 (UTC +04:00)
Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabı haqqında növbəti tədbir keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında əməkdar jurnalist, yazıçı və publisist Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı haqqında növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə bir çox ziyalılar, o cümlədən deputatlar, əməkdar jurnalistlər, rejissorlar və yazıçılar - qələm adamları iştirak ediblər.

Həmçinin, bir çox media agentliyi və telekanallardan tədbirə dəvət almış jurnalistlər tədbiri işıqlandırıblar. Kitabın oxucuları əsər barəsində öz təəssüratlarını bölüşüb və bildiriblər ki, bu kitabı oxuyan bir çox oxucu kitabda özünü tapır, özünü kənardan müşahidə edir.

Kitab tədbirinin açılışında Mətbuat Şurasının rəhbəri Rəşad Məcid kitabın müəllifinə və oxuculara uğur və müvəffəqiyyətlər arzulayıb.

"Kitabda son zamanların "ölümcül həqiqətləri" yer alıb və Bahəddin Həzi bu kitabı ilə həmin həqiqətləri bir daha dirildib" - Deputat Vüqar Bayramov bildirib.

"Kitabda toplanan essələri daha öncə sosial şəbəkələrdə də müzakirə etmişdik. Kitabda yazılan həqiqətlər məni keçmişə qaytardı. İndiki nəsil bizim o vaxtlar çəkdiyi iztirabın qiyabi şahidi oldu. Bu povest həm də həyatın ölümcül həqiqətləridir" - jurnalist Afaq Vasifqızı kitab haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Əməkdar jurnalist Qulu Məhərrəmli qeyd edib ki, bu kitabda yalnız həqiqətlər əks olunub: " Bahəddin müəllim hər zaman həqiqətin yanında olub və O, öz kitabında bir çoxlarımıza öz təsirini göstərən həqiqətləri əks etdirib. Ümid edirəm, növbəti belə maraqlı kitab tədbirində müəllifin növbəti əsərini müzakirə edərik".

Tədbir iştirakçıları öz növbəsində müəllif və əsəri üçün uğurlar arzulayıb, "Ölümcül Həqiqətlər"in davamını özündə əks etdirən növbəti əsərlərin sərgi və tədbirlərdə müzakirəsinin bütün oxucu və qələm sahibləri üçün faydalı olacağını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti