...

Bu gün məktəb direktorlarının bir çoxu öz yerində deyil - Musa Qasımlı

Cəmiyyət Materials 15 Dekabr 2022 11:15 (UTC +04:00)
Bu gün məktəb direktorlarının bir çoxu öz yerində deyil - Musa Qasımlı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Musa Qasımlı deyib.

O qeyd edib ki, bu gün məktəb direktorlarının bir çoxu yerində deyil. “Əgər direktorlar tapşırıqla təyin olunursa, adını yaza bilmirsə, o məktəbdə təhsilin keyfiyyəti olmayacaq. Əgər biz istəyiriksə, təhsil keyfiyyəti sağlamlaşsın biz sertifikasiya keçirməliyik. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz. Təhsilə kənar adamların müdaxiləsi olmamalıdır, yəni "ay bu mənim qohumumdur, bunu bura yerləşdirək" məsələləri olmamalıdır, kənar adamlar təhsilə burunlarını soxmamalıdır”, - deyə M.Qasımlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti