...

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2022 10:04 (UTC +04:00)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov hər iki qardaş ölkə arasında keçirilən Qərargah danışıqlarının əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti