...

Səhiyyə Nazirliyi sertifikasiyada iştirak edən həkimlərə müraciət edib

Cəmiyyət Materials 26 Dekabr 2022 16:12 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb.

Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti