...

"Himayədar ailə" modeli ilə bağlı işlər yekunlaşıb - Vüqar Behbudov

Cəmiyyət Materials 27 Dekabr 2022 11:37 (UTC +04:00)
"Himayədar ailə" modeli ilə bağlı işlər yekunlaşıb - Vüqar Behbudov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib.

"Altsistem də yaradılıb. Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq".

Xəbər lenti

Xəbər lenti