...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsindən azad olunub, yeni vəzifəyə təyin edilib (ÖZƏL)

Cəmiyyət Materials 27 Dekabr 2022 12:36 (UTC +04:00)
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsindən azad olunub, yeni vəzifəyə təyin edilib (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifədən azad edilib.

Trend-in əldə etdiyi məlumata görə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının rəhbərliyinin dəyişdirilməsi Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatlarının bir hissəsidir. DSX rəhbərliyinin qərarına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Niyaməddin Tağıyev tutduğu vəzifədən azad edilərək DSX-də baş idarə rəisi vəzifəsinə təyin olunub.

Naxçıvan Əlahiddə sərhəd diviziyasına isə polkovnik Bəhmən Babayev təyin edilib.

Qeyd edək ki, bundan əvvəl DSX akademiyasının rəhbərliyinin dəyişdirilməsi də qurumda aparılan kadr islahatlarının tərkib hissəsi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti