...

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarlara sertifikat və avadanlıqlar təqdim olunub (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2022 19:39 (UTC +04:00)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarlara sertifikat və avadanlıqlar təqdim olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı benefisiara fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar təqdim olunub.

Nazirlikdən Trend-ə bildirilib ki, tədbir nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dəstəyi ilə təşkil olunub.

Həmçinin, Mərkəzin bir qrup əməkdaşı və benəfisiarlarına təşəkkürnamələr verilib. Təlim müddətini uğurla tamamlayan şəxslər Mərkəz tərəfindən sertifikatlarla təltif olunub.

Layihə çərçivəsində Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı təqdim olunub. Kubalı musiqiçi, musiqi karyerasını 5 ilə yaxındır ölkəmizdə davam etdirən Yanssel Kastellon Mərkəzin benefisiarları ilə eyni səhnəni bölüşüb.

Tədbir çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti